Xəbər lenti

Siyasət 14:01 14.08.2020

“Sabah başqa namizəd olmasa, seçkiyə tək girəcəyəm” - AMİP

Avqustun 15-də Azərbaycan Milli İstiqlal Partiyasının növbəti qurultayı keçiriləcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədr əvəzi Arzuxan Əlizadə deyib. O bildirib ki, qurultay saat 11:00-da onlayın formada başlayacaq:
"Qurultayla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bütün işlərimiz plana uyğun gedir. Sədr kimi ancaq mən namizədliyimi irəli sürmüşəm. Əgər sabah digər namizəd olmasa, seçkiyə tək girəcəyəm”.

Arzuxan Əlizadə qeyd edib ki, qurultayın onlayn keçirilməsi əlavə texniki problemlər yaradır:

"Qurultayda Mərkəzi Şuraya və Mərkəzi İntizam Komissiyasına da seçkilər keçirilir. Yerli təşkilatlarımız tərəfindən həmin qurumlara namizədlər irəli sürülür. Həmçinin qurultayın qəbul edəcəyi sənədlərin layihələri də hazırlanır”.

Qeyd edək ki, Milli İstiqlal Partiyasının X qurultayı 10 iyul 2010-cu ildə  keçirilib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?