Sabah deputatların bir qismi hökumətin hesabatını dinləyə bilməyəcək

Sabah deputatların bir qismi hökumətin hesabatını dinləyə bilməyəcək

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında yaşı 65-i keçən deputatların əksəriyyəti iştirak etməyəcək.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu, Azərbaycanda koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədardır.

Deputatlardan Vahid Əhmədov, Eldar İbrahimov, Fəzail Ağamalı, Əli Məsimli, Tahir Rzayev, Ziyad Səmədzadə və digərləri parlamentin iclasına qatılmayacaq.

İclasa qatılmayacaq deputatların öz təkliflərini yazılı şəkildə Milli Məclisə təqdim edəcəyi gözlənilir.

Bildirək ki, parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir.

Qeyd edək ki, parlamentin sabahkı iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR