"Əlimizdən gələcəyi edəcəyik".
Bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) ilə oyundan öncə mətbuat konfransında deyib.
"Ümid edirəm ki bu mövsüm bizim üçün çox uğurlu alınacaq. Hazırda qarşımızda böyük məsuliyyət var. Həyəcanla oyunu gözləyirik. Avstriyada toplanış keçdik. Azarkeşləri stadiona çağırıram. Nəticəni demirik, amma əlimizdən gələni edəcəyik", - litvalı mütəxəssis vurğulayıb.
O, təlim-məşq toplanışının çox gözəl keçdiyini bildirib:
"Toplanış zamanı güclü rəqiblərlə qarşılaşdıq. Oyunçular istədiyimiz formaya yaxındırlar. Çox yaxşı hazırlaşmışıq. Düşünürəm k,i bir addım daha irəlidəyik".
V.Danmrauskas rəqibi dəyərləndirib:
"TNS təcrübəli komandadır. Hər oyuna qələbə üçün çıxırlar. Ötən mövsüm rəqiblərini 20 xal qabaqlayıb çempion olublar. Ona görə də öz oyunumuz haqqında düşünməli, matça ciddi yanaşmalıyıq".
Xatırladaq ki, "Sabah" - TNS görüşü iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq./Report.az
Şərhlər