İdman 22:10 25.01.2022

"Sabah" sonuncu matçında da heç-heçə edib

Mövsümün qalan hissəsinə Antalyada hazırlaşan "Sabah" bu gün sonuncu yoxlama matçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.

"Titanic Deluxe Football Center"də baş tutan və 3 hissədən ibarət olan matç 1:1 hesablı bərabərliklə nəticələnib. "Sabah"ın heyətində Coy-Lens Mikels 53-cü dəqiqədə fərqlənib.
 
Baş məşqçi Murad Musayev start "11-lik"də aşağıdakı futbolçulara yer verib:
 
Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Nikolay Boçko, Slavik Alxasov, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Ceyhun Nuriyev, Xulio Rodriqes.
 
Musayev matçın 75-ci dəqiqəsindən sonra gənclərin üstünlük təşkil etdiyi heyəti meydana buraxıb:

Aleksandr Neçayev, Camal Cəfərov, Arsen Ağcabəyov, İldar Ələkbərov, Abdulla Xaybulayev, Şakir Seyidov, Veysəl Rzayev, Kamran Quliyev, Mixeili Erqemlidze, Tiemoko Fofana, Şpiro Periçiç, Nazim Həsənzadə.

Bu matçla "Sabah” Antalya toplanışını başa vurub. "Ağ-göylər” Türkiyədəki hazırlıq çərçivəsində keçirdiyi Macarıstanın "Pakş” və Ukraynanın "Zarya” komandaları ilə oyunlardan da eynihesablı bərabərliklə ayrılmışdı (1:1).
 
Komanda sabah səhər saatlarında vətənə yola düşəcək.

Səbuhi Həsənov