İdman 18:04 08.03.2021

"Sabah" yenə qələbə qazana bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, turun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.

Beləliklə, "Sumqayıt" 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan "Sabah" 16 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 18:15-də "Neftçi" - "Keşlə", martın 9-da isə "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri keçiriləcək.