İdman 17:47 04.08.2021

"Sabah"da gürcüstanlı hücumçu

Növbəti mövsümə hazırlıqları davam etdirən "Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze bundan sonra Bakı komandasının uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

"Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın "Çixura”, "Qaqra” və Türkiyənin "Adana Demirspor” klublarında çıxış edib.

"Sabah" buna qədər Elvin Camalov, Səlahət Ağayev, Xuan Kamara, Coy-Lens Mikels və İldar Ələkbərovu da heyətinə qatmışdı.

Səbuhi Həsənov