Ölkə 21:34 21.07.2021

Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur

Qurban bayramı ilə əlaqədar ictimai nəqliyyata qoyulan məhdudiyyət başa çatır.

Qaynarinfo xəbər verir ki, sabahdan etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Sərnişinlər həm metrodan, həm də avtobusların xidmətindən yararlana biləcəklər.

Qeyd edək ki, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində 

sərnişindaşıma fəaliyyəti dayandırılılmışdı.