"Sabah"ın futbolçusu "Keşlə" ilə oyundan sonra baş hakimi vurmaq istədi

"Keşlə" və "Sabah" komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verib.

"Report"un məlumatına görə, qonaqların futbolçusu Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeriyib. 

Azərbaycan millisinin cinah oyunçusu baş hakim Kamal Umudlunu vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi Xəlilzadəyə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.
XƏBƏRLƏR
BLOGLAR