Xəbər lenti

Ölkə 12:53 15.03.2018

Sabiq deputat dünyasını dəyişdi (FOTO)

Azərbaycanda sabiq deputat dünyasını dəyişib.

Qaynarinfo a24.az-a istinadən xəbər verir ki, Bilal Baxşalı oğlu Mahmudov ötən gün günorta saatlarında, 89 yaşında qəflətən vəfat edib.

Xatırladaq ki, Bilal Mahmudov 05 may 1929-cu ildə Tərtər rayonunda anadan olub. O, uzun müddət partiya dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə, Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və həmçinin Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib, eləcə də IX və X çağırışlar üzrə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?