Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib. İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı xeyli miqdarda dələduzluq edib. O, A.Bağırovun etibarından sui-istifadə edərək ondan 20 min manat pul alıb.
Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.
Şərhlər