Ölkə 16:35 19.01.2021

Sabiq icra başçısı vəfat etdi (YENİLƏNİB)

İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib.
 
Qeyd edək ki, M. Sadıqov 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub. 

M. Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Vəfat edənə qədər UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi. 
 
 13:41

İsmayıllının sabiq icra başçısı Mirdaməd Sadıqovun səhhəti ağırlaşıb.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, M. Sadıqov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. O, aparata qoşulu vəziyyətdədir.

Qeyd edək ki, bir müddət əvvəl M. Sadıqov koronavirusa yoluxub, sağaldıqdan sonra səhhətində əlavə problemlər yaranıb.

Bildirək ki, 71 yaşlı eks-icra başçısı 2013- cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonuna rəhbərlik edib.