Xəbər lenti

Sabiq köməkçisi Trampı irqçilikdə ittiham edir
Dünya 10:51 12.08.2018

Sabiq köməkçisi Trampı irqçilikdə ittiham edir

ABŞ prezidenti Donald Tramp sabiq köməkçisi Omarosa Nyuman tərəfindən irqçilikdə ittiham edilib. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Nyuman 14 avqustda satışa çıxacaq "Unhinged" adlı kitabında Trampın Ağ Evdə qaradərililər barədə "zənci" ifadəsini işlətdiyi bildirilir. ABŞ prezidentinin ağlını itirdiyini iddia edən Omarosa vurğulayır ki, Trampı əsəbdən çağız çeynəyərkən görüb. Vəzifəsinə 2017-ci ilin dekabrında son verilən Omarosa Nyumana Tramp barədə danışmamaq üçün aylıq 15 min dollar təklif edilib, lakin o bu puldan imtina edib.

Qeyd edək ki, Tramp bu iddiaları rədd edib və kitabda təsvir edilənlərin həqiqətə uyğun olmadığını bildirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->