Ölkə 18:19 16.03.2019

Sabiq nazir müavini əfv olundu

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, əfv siyahısına müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı salınıb.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 1995-1999-cu illərdə müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.