Xəbər lenti

Sabiq nazir müavini vəfat etdi (FOTO)
Ölkə 12:50 23.02.2021

Sabiq nazir müavini vəfat etdi (FOTO)

Sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev ürəktutmadan vəfat edib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.

1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir cox mükafatlara layiq görülüb.

Allah rəhmət eləsin!
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->