Pakistanda 2013-2018-ci illərdə dəmir yolları naziri kimi işləmiş Havaca Saad Rafiq və qardaşı Salman Rafiq həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Lahor Ali Məhkəməsində qərar çıxarılıb. Nazir və qardaşı kütləvi mülkiyyət layihəsində dələduzluq etməkdə ittiham edir. Hər iki şəxs layihə çərçivəsində pul alıb, lakin layihəyə görə pul ödəyən şəxslərə torpaq və ya ev verilməyib.
Qeyd edək ki, Rafiq Salman 2008-2018-ci illərdə Pəncab Əyalət Məclisinin üzvü olub.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər