Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev sabiq prezidentlik və toxunulmazlıq hüququndan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə parlamentdə keçirilən səsvermədə qərar qəbul edilib. 103 deputat məsələnin lehi, 6-sı isə əleyhinə səs verib.
Qeyd edək ki, sabiq prezident 6 cinayət əməlində ittiham edilir. Baş Prokuror Otkurbek Camşitova görə, 5 fakt üzrə cinayət işi açmaq mümkündür.
Gülşən
Şərhlər