“Seçkilərlə bağlı partiyada heç bir yenilik yoxdur. Yaxın günlərdə Siyasi Şuranın iclası keçiriləcək. Həmin iclasda seçkilərlə bağlı qərar veriləcək”.
Bunu
Qaynar.info-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. Partiya sədri müxalifət düşərgəsində birlik təşəbbüslərindən danışarkən deyib ki, hazırda müxalifətin birləşməsi real deyil: “Konkret olaraq yaranmış birliklərlə bağlı fikir bildirə biləmərəm. Hesab edirəm ki, birlik 5 il ərzində özünü göstərməlidir. Hər seçkidən-seçkiyə “gəlin, bir olaq” deməklə deyilki. Birlik ümumi bir xətdir, mübarizədir. 5 il bir-birlərini qəbul etməyən, yığıncaqdan-yığıncağa bir araya gələn, ortaq fikirləri olmayan qüvvələrin bir araya gəlməsi real görünən məsələ deyil. Ona görə də vahid namizəd, vahid komanda kimi ideyaları real saymıram”.
S.Rüstəmxanlı “Seçkilərdə şanslı namizəd müəyyən edilərsə, VHP onu dəstəkləyəcək?” sualına belə cavab verib: “Şübhəsiz, vəziyyətən asılı olaraq qərar veriləcək. Əvvəlcədən bir söz deyə bilmərəm”.
İlkin
Qaynar.info
Şərhlər