Evlər və həyətlər qrunt suları içərisindədir. Həm insanlar, həm də avtomobillər hərəkət etməkdə çətinlik çəkir.
"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Savalan yaşayış massivindən gedir. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, yaşadıqları ərazi qrunt sularının altında qalıb.
Sakinlər bildirir ki, qarşıdan qış fəsli gəldiyindən vəziyyət daha acınacaqlı olacaq. Müvəqqəti çıxış yolu kimi həyətlərə qum səpilir. Amma bunun da faydası yoxdur.
Ərazidə kanalizasiya xətti olmadığından və yaşayış massivində insanlar çoxaldıqca vəziyyət daha da pisləşir. Sakinlər problemlərinin həllini gözləyirlər.
Qaynarinfo.Az
Şərhlər