Xəbər lenti

Şahbaz Xuduoğlu siyahı hazırladı: Oxunması vacib olan 101 əsər (SİYAHI)
Sənət 18:44 01.09.2017

Şahbaz Xuduoğlu siyahı hazırladı: Oxunması vacib olan 101 əsər (SİYAHI)

"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məktəblilər üçün oxunması vacib olan 101 adlıq siyahı tərtib edib. Həmin siyahını və naşirin bu siyahını nə üçün və hansı əsaslarla hazırladığı barədə fikirlərini təqdim edirik: 

Əziz dostlar!

Bu siyahını hazırlayarkən gördüm ki, 101 çox da böyük siyahı deyil. Əlavə etmək istədiyim xeyli əsər kənarda qaldı. İmkan olsa gələcəkdə 1000 əsərlik bir siyahı hazırlayaram.

Vasif Talıbovun oxunması vacib olan kitab siyahısı ilə tanış oldum. Təşəbbüsü çox bəyəndim. Mən də bir siyahı hazırladım. Bəlkə dövlət qurumları üçün faydalı oldu. İnanıram ki, valideynlər, məktəblilər özləri bu siyahıdan istifadə edəcəklər.

Məncə, uşağın kitabla ünsiyyəti o, dünyaya gəlməzdən öncə başlayır. Valideynlər mütləq bunu nəzərə almalıdır. Həyatının ilk günlərindən parça və karton kitablar onun əsas oyuncağı olmalıdır. Məktəbə gedəndə artıq oxumaq və yazmaqdan müəyyən anlayışı olmalıdır.

Məktəb, əslində, uşaqlara təhsil, tərbiyə, savad vermir, o sadəcə təhsilə sistemli yanaşma öyrədir. Savadı, biliyi hər uşaq özü qazanır.

Uşaqlar valideynlərin davamçısı yox, həm də təkrarçısıdır. Valideyn nə edirsə, uşaq da onu edir. Uşağın kitaba yaranan həvəsinin açarı valideyndədir. Gününü mobil telefonda, TV qarşısında keçirən valideynin "indiki uşaqların kitaba həvəsi yoxdur” deməsi riyakarlıqdır. İngilislərin bir sözü var: "Uşaqlarınızı tərbiyə etməyin, onlar onsuz da sizin kimi olacaq. Özünüzü tərbiyə edin”.

Uşaq valideynə baxan güzgüdür, uşağı tərbiyə etməkdən öncə gərək valideyn özünü tərbiyələndirsin.

Mən şərti olaraq məktəbliləri 4 yaş qrupuna böldüm: 7-9, 9-13, 13-15 və 15-17. Məsləhət bildiyim ədəbiyyatı oxuma ardıcıllığı ilə siyahıya düzmüşəm. Hətta kitabların həcmini belə nəzərə aldım. "HƏRB VƏ SÜLH”dən sonra "ATALAR VƏ OĞULLAR”, "ANNA KARENİNA”dan sonra "LƏYAQƏTLƏ YAŞAMAQ SƏNƏTİ”ni sıralamağım təsadüfi deyil.

7-9 yaşda

məktəblilərin az hissəsi sərbəst oxumağı bacarır. Yeni oxumağa başlayan balacaları ağır kitablarla yükləmək olmaz. Kitablar sadə və əyləncəli olmalıdır.

9-13 yaş 

arası daha iri həcmli kitablara üstünlük verilməlidir. Heyvanların həyatından bəhs edən mətnlər tədricən insanların yaşam tərzindən bəhs edənlərlə əvəzlənməlidir. Uşaqları hərəkətə gətirən, yaratmağa, yazmağa, işləməyə, öz bacarığını göstərməyə həvəsi artıran kitablar olmalıdır. Artıq onlar başa düşür ki, göydən 3 alma düşmür. Arzuladıqları hədiyyəni almaq üçün Santa Klausu gözləmək lazım deyil, yetər ki, əsaslı formada valideynə izah edəsən. 

13-15 yaş

Bu yaşda artıq uşaq özünü tanımağa başlayır. Öz imkanlarını götür-qoy edir. Gələcək barədə düşünür. Yarış əzmindədir. Məsuliyyəti artıb. Dünya onun üçün daha yalnız evi və ətrafdakı yaxın dostları deyil, daha genişdir. Uğurlu insanların həyat hekayələri cazibəli görünür. Bəzən tez-tez xəyal qırıqlığına düşürlər. Tez küsürlər. Adekvat olmayan hərəkətlər edirlər. Daxillərində dibsiz bir gücü kəşf edirlər. İddiaları yüksəkdir, valideynlərində və yaxınlarında səhvlər aşkar edirlər.

15-17 yaş

Onları heç kim anlamaq istəmir. Bütün bəşəriyyət onlara qarşıdır. Buna baxmayaraq qələbə qazanmağa hazırdırlar. Bu vaxta qədər qorxmaz, məğlubedilməz valideyn zəif və bəzən hətta utandırıcıdır: geridə qalmışdılar – köhnə fikirli, köhnə dəbli, arxaik adamlardılar. Bu yaşda həyatlarında olan qəhrəmanlardan imtina edirlər, yenilərini axtarırlar. Elə birisini ki, məhz ona bənzəyə bilsin, onun kimi yaşasın. Hamıya sübut etməlidir ki, ən qoçaq, ən bacarıqlı məhz o özüdür.

Mənim təklif etdiyim ədəbiyyat siyahısında sadaladığım psixoloji vəziyyətlər nəzərə alınıb, üzləşdikləri baryerləri aşmağa bu kitablar yardım edəcək.

Bu yerdə BAĞÇADA ARTIQ GEC OLACAQ kitabının müəllifi Masaru İbukanın fikrini sizinlə paylaşıram: "Görkəmli şəxsiyyətlərin valideynləri onlara kitabları zorla verməyiblər, sadəcə uşaqlarını kitablarla əhatə ediblər”. Uşaqlarımızı yağ-bal içində deyil, çoxlu kitablar əhatəsində böyütməyə çalışaq.

7-9 yaş üçün kitablar

1. Nağıllar – Səməd Behrəngi 

2. Balacalar üçün sevimli xarici nağıllar.

3. Min bir gecə nağıllar – Dəniz səyyahı Sindibadın nağılı 

4. Sehrli nağıllar – Hans Andersen

5. Sehrli nağıllar – Qrim qardaşları

6. Sehrli nağıllar – Şarl Pero 

7. Matilda və digər hekayələri – Roald Dahl

8. Ata, ana, nənə, 8 uşaq və yük maşını – A.C.Vestli

9. Nənə və səkkiz uşaq meşədə – A.C.Vestli

10. Balaca və Karlson – Astrid Linqdren

11. Ailəsiz – Hektor Malo

12. Alisa möcüzələr diyarında – Luis Kerol

13. Qaraca qız və qorxulu nağıllar – Süleyman Sani Axundov

14. Koroğlu dastanı

15. Çox bilmək istəyənlər üçün ensiklopediya: NƏ, HARADA, NƏ ZAMAN?

9-13 yaş üçün kitablar

16. Pişik qız Minus – A.M.G. Şmit

17. Kiçik Prins – Antuan de Sent-Ekzüperi

18. Tom Soyyerin macəraları – Mark Tven

19. Heklberi Finnin macəraları – Mark Tven

20. Qulliverin səyahəti – Conatan Svift

21. Hekayələr – Edqar Allan Po

22. Hekayələr – Cek London

23. Hekayələr – O’Henri

24. Hekayələr – Anton Çexov

25. Kəlilə və Dimnə

26. Gündəlik – Anna Frank

27. Hekayələr – Səməd Behrəngi

28. Hekayələr – Cəlil Məmmədquluzadə

29. Hekayələr – Əbdürrəhimbəy Haqverdiyev

30. Harri Potter seriyası – C.K.Roulinq

31. Hobbit seriyası – R.Tolkien

32. Kozetta – Viktor Hüqo

33. Malular ailəsi – Corc Simenon

34. Olvier Tvist – Çarls Dikkens

35. Sual-cavaba dair böyük kitab: NƏ, NİYƏ, NƏ ÜÇÜN?

13-15 yaş üçün kitablar

36. Hophopnamə – M.Ə.Sabir 

37. Heyvanıstan – Corc Oruel

38. Qoca və dəniz – Ernest Heminquey

39. Saçlı – Süleyman Rəhimov

40. Dantenin yubleyi – Anar 

41. Səfillər – Viktor Hüqo

42. Yeniyetmə – Fyodor Dostoyevski

43. Şerlok Holms macəraları; Baskervillərin iti – Artur Konan Doyl

44. Alçaldılmış və təhqir edilmiş insanlar – Fyodor Dostoyevski

45. Qafqaz səfəri – Aleksandr Düma

46. Ovod – Etel Lilian Voyniç 

47. Hacı Murad – Lev Tolstoy

48. Torpağın bərəkəti – Knut Hamsun

49. Dəli Kür – İsmayıl Şıxlı

50. Qətl Günü – Yusif Səmədoğlu

51. Söyüdlü arx – İlyas Əfəndiyev

52. Kazaklar – Lev Tolstoy

53. Anna Karenina – Lev Tolstoy

54. Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında – Mişel Monten

55. Sevmək sənəti – Erix From

56. Dumanlı Təbriz – Məmməd Səid Ordubadi

57. Quyu – İsi Məlikzadə

58. Sofinin dünyası – Castin Qarder

59. Endhauzun sirri – Aqata Kristi

60. Dəyirman – Mövlud Süleymanlı

61. Gilənar ağacına dediklərim – Əkrəm Əylisli

62. Eşitdiklərim, oxuduqlarım, gördüklərim – Manaf Süleymanov

63. Ömür kitabı – Sabir Rüstəmxanlı

64. Yol – Məmməd Oruc

65. Yamacda nişanə – Sabir Əhmədov

66. Məqalat – Şəms Təbrizi

67. Kəmalüddövlə məktubları – M.F.Axundov 

68. Böyük uşaq ensiklopediyası: 5000 FAKT və HADİSƏ

15-17 yaş üçün kitablar

69. Hər şey səninlə başlar – Mümin Sekman

70. Gənc Verterin iztirabları – İohann Volfqanq Höte

71. Məsnəvidən hekayələr – Mövlana Cəlaləddin Rumi

72. Mənim həyatım – Mahatma Qandi

73. Dostları necə qazanmalı və insanlara necə təsir etməli – Deyl Karnegi

74. Siçanlar və Adamlar – Con Steynbek

75. Varlı ata, kasıb ata – Robert Kiyosaki, Şeron Lekter

76. Martin İden – Cek London

77. Çovdarlıqda uçurumdan qoruyan – Cerom Deyvid Selincer

78. Madam Bovari – Qustav Flober

79. Əsrimizin Siyavuşu – Məmməd Əmin Rəsulzadə

80. Qan içində – Yusif Vəzir Çəmənzəminli 

81. Ceyn Eyr – Şarlotta Bronte

82. Qürur və qərəz – Ceyn Ostin

83. Hərb və sülh – Lev Tolstoy

84. Atalar və oğullar – İvan Turgenev

85. Üç yoldaş – Erix Mariya Remark

86. Qafqazın 12 sirri – Əsəd bəy

87. Əli və Nino – Qurban Səid

88. Sözlər – Jan Pol Sartr

89. Siddihartha – Herman Hesse

90. Nağıllar diyarında – Knut Hamsun

91. Don Kixot – Migel de Servantes

92. Cenni Herhardt – Teodor Drayzer

93. Yeni Qahirə – Nəcib Məhfuz

94. Mahmud və Məryam – Elçin 

95. Maykl K.-nın həyatı və zəmanəsi – Con Maksvel Kutze

96. Yad – Kamyü 

97. Elcernon üçün çiçəklər – Daniel Kiz

98. Pereyra iddia edir – Antoni Tabbuki 

99. Tatar çölü – Dino Busatti

100. Üç mədəniyyət – Əhməd Ağaoğu

101. Yeni uşaq ensiklopediyası: 9000 HADİSƏ, FAKT, MƏQALƏ

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->