Xəbər lenti

Şahbaz Xuduoğlu yerli istehsal şirkətlərinə müraciət etdi
Sənət 14:10 23.09.2021

Şahbaz Xuduoğlu yerli istehsal şirkətlərinə müraciət etdi

Dostlar, 1-10 oktyabrda Bakı İdman Sarayında nəzərdə tutulan Milli Kitab Satış Sərgisinə hazırlıqlar davam edir. Təbliğat materialları və dəvətnamələr dağıdılır.
 
Qaynarinfo xəbər verir ki, bu sözlər "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun yerli istehsal şirkətlərinə müraciətində yer alıb. 

Müraciətdə deyilir:

"Bu müraciətim yerli istehsal şirkətlərinədir. Kitab sərgiləri həmişə böyük anşlaqla keçirilir. Kitab alıcıları, oxucuların sayı durmadan artır. Bu, yerli istehsalçıların öz məhsullarını təbliğ etməyi üçün gözəl fürsətdir. Öz məhsullarınızı daha geniş çevrədə tanıtmaq istəyirsinizsə, kitab sərgisinə qatıla bilərsiz”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->