“Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti yoxlanıldı

“Şahdağ" Turizm Mərkəzinin fəaliyyəti yoxlanıldı

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və “Şahdağ Turizm Mərkəzi” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

“Qaynarinfo”nun Palataya istinadən verdiyi xəbərə görə, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Həmçinin iclasda Hesablama Palatasının İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR