Ekonomiks 14:34 03.12.2019

"Sahibkarlar verginin bir hissəsini tibbi sığorta fonduna köçürəcək"

"Aksizlərin artımı ilə bağlı dəyişikliklərin məqsədlərindən biri də icbari tibbi sığortanın maliyyə mənbəyinin təmin olunmasıdır".

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

"Dünya təcrübəsində də aksizin bir hissəsi sağlamlığın qorunmasına yönəldilir. Aksizin qanunla müəyyənləşdirilmiş hissəsi sahibkarlar tərəfindən tibbi sığorta fonduna köçürüləcək", - deyə S. Musayeva qeyd edib.

O həmçinin bildirib ki, pivəyə tətbiq edilən aksiz dərəcəsinin artımı istehsalçıların istehsal həcminə və istehlakçıların alıcılıq qabiliyyətinə təsir etməyəcək. O qeyd edib ki, həmçinin yerli istehsalçıların hüquqlarının qorunması üçün idxalda da aksizə dəyişikliklər nəzərdə tutulub.