İdman 23:33 24.09.2021

Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın "Alkaloid” komandasını məğlub edib.

Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.