Xəbər lenti

Şahmatçılarımız İsveçrə yığmasına qalib gəldi
İdman 23:57 31.10.2019

Şahmatçılarımız İsveçrə yığmasına qalib gəldi

Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının 7-ci turunun oyunları başa çatıb.

Qaynarinfo xəbər verir ki, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəliblər. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb.

Qeyd edək ki, aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->