Xəbər lenti

Şahzadə ərəbləri təhqir etdi
Dünya 17:20 31.08.2013

Şahzadə ərəbləri təhqir etdi

Fars Körfəzindəki monarxiyalar arasında əlahiddə mövqelərə malik olan iki ölkə - Səudiyyə Ərəbistanı və Qətər arasında münasibətlər gərilib.
 
Səbəb isə Səudiyyə Ərəbistanını idarə edən kral ailəsinin üzvü, şahzadə Bəndər bin Sultan bin Əbdüləziz əl Səudun açıqlamasıdır.
 
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Təhlükəsizlik Təşkilatının sədri şahzadə bin Sultanın ötən il ABŞ paytaxtı Vaşinqtondakı toplantılardan birində Qətəri təhqir etdiyi vurğulanır.
 
"Qətər bəyəm ölkədir?! Qətər 300 nəfər və Əl Cəzirə kimi telekanaldan ibarətdir, vəssalam", - şahzadə söyləyib.
Washington Post bu barədə xəbəri çap edəndən sonra rəsmi Dohanın reaksiyası çox sərt olub.
 
Qətərin XİN başçısı Xalid əl Attiya Twitter-dəki hesabında yazıb: "Qətərin bir vətəndaşı dünyaya bərabərdir və Qətər xalqı da böyük millətdir. Başqalarına hörmət edərək oğullarımıza bunu öyrədirik".
 
Son vaxtlara qədər xarici siyasətdə həddən ziyadə aktiv olan Qətər ölkə taxt-tacına şahzadə şeyx Təmim Xəlifə əl Tani yiyələnəndən sonra tempi bir qədər aşağı salıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->