Xəbər lenti

Şahzadə helikopter qəzasında öldü
Dünya 10:18 06.11.2017

Şahzadə helikopter qəzasında öldü

Səudiyyə Ərəbistanı şahzadələrindən olan Mənsur İbin Muqrin Yəmən yaxınlığında baş verən helikopter qəzasında dünyasını dəyişib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bir neçə rəsmi ilə səfər edən zaman baş verən qəza nəticəsində helikopterdəki bütün şəxslər ölüb. Qəzanın səbəbi barədə məlumat verilmir. 

Şahzadə Mənsur sabiq vəliəhd Muqrin İbin Əbdül Əzizin oğlu idi. Vəliəhd 2015-ci ildə ögey qardaşı və rəqibi kral Salman tərəfindən proseslərdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və onlarla sabiq nazir həbs edilib, bir neçə nazir vəsifəsindən azad edilib. Bəzi biznesmenlərin mülkləri ələ keçirilib. Bu hadisələrdən əvvəl Yəmən paytaxt Riyada ballistik raket hücumu həyata keçirmişdi.

Proseslərin və dəyişikliklərin rəhbəri vəliəh Məhəmməd İbin Salman hesab edilir.

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->