"Biz indiyədək meyxananın əleyhinə dibinəcən çıxmamışıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış şair Salam Sarvan öz Feysbuk hesabında yazıb.
Şair "meyxanaya öz yerini göstərmək üçün” onlarla deyişməyə hazır olduğunu, məğlub olacağı halda qələmi yerə qoyacağını bildirib. O, bu addımı meyxananın efirdə fəsadlar törətməsi ilə izah edib:
"Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir. Ona görə də bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu çağırışdır.
Şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xridarların sayı 10 nəfər. Hər iki tərəfdən çəkiliş. Həmin iki nəfərin bağlanacağı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir. Mən bağlanacağım təqdirdə isə qələmi yerə qoyacağam”.
Salam Sarvan şərhçilərlə söhbətində bunu da qeyd edib ki: "Biz meyxananı məhv eləmək yox, yerini göstərmək istəyirik, deyirik ki, efiri bürüməsin”.
Şərhlər