Video 13:01 02.09.2020

Salyanda çaqqal kənd sakinlərinə hücum etdi (VİDEO)

Bu gün səhər saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində çaqqal 3 nəfərə hücum edib.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini 85 yaşlı Xanım Kazımova evdən həyətə düşərkən qəfil çaqqal hücumuna məruz qalıb. Daha sonra çaqqal onun qonşusu - 57 yaşlı Eyvaz Tağıyevə və 54 yaşlı Xatirə Tağıyevaya hücum edib.

Vəhşi heyvan hər üç şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, zərərçəkənlərə quduzluğa qarşı vaksin vurulub. Evə buraxılan xəstələr həkim nəzarətində saxlanılırlar.