Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
"Report”un Aran bürosu xəbər verir ki, bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri - 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.
Qeyd edək ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub.
Faktla araşdımalara başlanılıb.
Şərhlər