Xəbər lenti

Samir Şərifov:
Ekonomiks 11:57 07.09.2018

Samir Şərifov: "Beynəlxalq Bankın səhmləri ilə maraqlanan şirkətlər var"

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var". 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

"ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, Bankın biznes strategiyası hazırlanmalıdır,. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əlvə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər",- deyə nazir əlavə edib. 

O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi Bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->