Dünya 16:29 02.03.2021

Sarkisyan Paşinyanın istefa ilə bağlı təkrar təklifini də imzalamadı

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı ölkənin Baş nazirinin təkrar təklifini imzalamayıb. 

Qaynarinfo xəbər verir ki, Sarkisyan bunun əvəzinə, 2017-ci il "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanun”un ölkə konstitusiyasına uyğunluğuna yenidən baxılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə qərar verib.

Xatırladaq ki, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Paşinyan və hökumətin istefasını tələb edən bir bəyanat verdikdən sonra ölkədə vəziyyət daha da pisləşib. Paşinyan Baş Qərargah rəisinin istefası ilə bağlı prezidentə təklif göndərib. Təklif qəbul edilməyib. Baş nazir prezidentlə görüşüb və təklifini təkrar təqdim edib.

Alpər