Video 14:17 04.11.2019

Saxta telefon naqillərinin təhlükəsi: Ölkəyə qaçaq yolla gətirilir (VİDEO)

Telefon dövrümüzdə insan üçün ən vacib əşyalardan birinə çevrilib. Bu mobil cihazlara olan təlabat qədər onların aksesuarlarına da kifayət qədər vəsait xərcləyirik. Xüsusən də elektriklə doldurulması üçün istifadə olunan USB naqillərə...  Amma kifayət qədər bahalı olan telefonları çox uzuc naqlillərlə doldururuq. Apardığımız müşahidələr onu göstərdi ki, bazarda 2-3 manatdan 30-40 manata kimi istənilən model və marka üçün adapterlər var. Təlabatı da pis deyil.

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Üstündə gələn ehtiyatsızlıqdan qırıldı. Amma ucuzunu aldım işləyir. Helə bir problem yoxdu”.

Sakin: "Bahalı, ya ucuz fərq etmir. Hər ikisi eyni işi görür”.

Telefon ustaları, eləcə də mütəxəssislər deyir ki, mənşəyi məlum olmayan belə naqlillərdən istifadə sonda sizi sevimli əşyanızda, ən pis halda isə səhətinizdə problemlərə yol aça bilər.

Valid Əliyev - Texno mütəxəssis: "Saxta cihazlar smartfona eyni amperaj , eyni voltaj vermirlər. Cərəyanın gərginliyi saxta cihazlarda oynayır”.

Araz Zeynallı – Usta: "Saxta cihazlarda cərəyanın oynaması kristallar deyilən hissəciyi sıradan çıxarır. Əldə istifadə edərkən telefon partlayır. Onun fəsadları sonradan 40-50 manat xərcə gətirib çıxarır. Bəzən heç düzəlmir”.

Mütəxəssislər deyir ki, saxta və ya orjinal olmayan naqlillərdən istifadə, sizin telefonunuzun zəmanətinə də təsir edir. Yaxşı olar ki, telefon aksesuarları, xüsusən də elektiklə təhcizat üçün USB naqilləri rəsmi dillerlərdən alınsın.

Əlimirzə Mirzəyev – Satıcı: "Daha çox 5-10 manatlıq USB-lər alınır. Küçədə, metroda, YDM-lərdə satılan USB naqillərini yox, rəsmi mağazalarda satılanları alsınlar”.

Valid Əliyev - Texno mütəxəssis: "Telefonunuzda hər hansısa nasazlıq yaranarsa, daha da ciddi problem çıxarsa, siz hətta telefonunuz zəmanəti bitməyibsə belə, satış mərkəzinə aparırsız ki, smartfonum xarab oldu, satıcı sizin zəmanətdən imtina edə bilər, çünki bu cür hallarda zəmanət ləğv olunur. Siz saxta, qeyri-orijinal aksesuardan istifadə etmisiniz”.

Bəs belə naqillər ölkəyə necə gətirilir sualına Dövlət Gömrük Komitəsinin cavabı belə oldu. Komitə lisenziyalı və sertifikatı olmayan heç bir məhsulun idxalına icazə vermir. Satışda olan ucuz və sertifikatsız məhsullar qaçaqmal yolu ilə də ölkəyə gətirilə bilər...