"Səbail" komandası 3 əcnəbi futbolçusu ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrinin paytaxt klubu ilə müqaviləsi başa çatıb.
Qəsəbə təmsilçisi oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Səbail" 2018-2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vuraraq Avropa Liqasında iştirakı təmin edib.
Şərhlər