İdman 11:43 21.10.2021

"Səbail"in sabiq ulduzu rəmzi komandada

Qana futbol tarixinin rəmzi komandası açıqlanıb.

Qaynarinfo Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də "Səbail"in sabiq futbolçusu Maykl Essyen də yer alıb. 39 yaşlı sabiq yarımmüdafiəçi 2019-cu ilin martından 2020-ci ilin iyununa qədər "Səbail"ə məxsus olub. O, Bakı klubundan ayrılandan sonra karyerasını bitirib.

Rəmzi "11-lik" 4-5-1 taktiki sxeminə uyğun düzülüb.

Qapıçı: Robert Mensah
Müdafiəçilər: Emmanuel Ofei Ansah, Samuel Kuffur, Ceyms Dadzi, Kvadvo Asamoa
Yarımmüdafiəçilər: Maykl Essyen, Abedi Pele, Karim Razak, Məhəmməd Polo, İbrahim Sandi
Hücumçu: Toni Yeboa
 
Səbuhi Həsənov