Mərkəzi Seçki Komissiyası bügünkü iclasında 9 oktyabrda keçirilmiş prezident seçkilərinə yekun vuracaq.
Bu barədə Modern.az-a MSK-nın mətbuat katibi Azər Sarıyev bildirib.
“Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanacaq. Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək”, - deyə o bildirib.
Şərhlər