Siyasət 14:21 04.12.2019

Səfa Mirzəyev: "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb"

"Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: "Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq. Həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər.

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.