Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç bıçaqlanıb.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, ürək nahiyəsindən ciddi zədə alan mer 5 saat əməliyyat olunub və ona 41 porsiya qan köçürülüb.
Qeyd edək ki, hadisə xeyriyyə konserti zamanı baş verib. Naməlum şəxs əvvəlki hökumət dövründə qanunsuz həbs edildiyini deyib, daha sonra isə qarşıdurma yaşanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.
Gülşən
Şərhlər