Xəbər lenti

Şəhid ailələri və qaziləri sevindirəcək qərar gələn ildən qüvvəyə minir (ŞƏRH)
Ekonomiks 17:14 04.12.2021

Şəhid ailələri və qaziləri sevindirəcək qərar gələn ildən qüvvəyə minir (ŞƏRH)

"Vergi Məcəlləsində nəzərdə tutulan hər iki güzəşt şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacib hesab olunur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən, eyni zamanda şəhid ailələrinin üzvləri və qazilərimiz üçün nəzərdə tutulan yeni vergi güzəştlərinin tətbiqini şərh edərkən deyib. Onun sözlərinə görə, belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək:

"Belə ki, Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur. Milli Məclisdə aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alındı. Bu da əslində, Milli Məclis ilə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir".

Vüqar Bayramov əlavə edib ki, Milli Məclisdə təsdiq olunan digər güzəşt Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır:

"Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklər ilə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->