Şəhid ailələrinə veriləcək evlərlə bağlı nazirdən açıqlama

Şəhid ailələrinə veriləcək evlərlə bağlı nazirdən açıqlama

Yaxın zamanda keçmiş köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsinə başlanılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən ilin yekunlarına və bu ilki sosial hədəflərə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Prezidentin göstərişi ilə mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır:

"Bu proses tamamlandıqdan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq”.

Xatırladaq ki, nazir 2020-ci il üzrə mənzillə təminat proqramında 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzillə və fərdi evlə təminatının uğurla icra olunduğunu qeyd edib. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR