"Ev tikili idi, İcra Hakimiyyəti sadəcə təmirinə kömək edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsindən sosial şəbəkədə "İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir” məlumatına münasibət bildirərkən deyib. Ailədən deyilənlərə görə, sözügedən evin bünövrəsi iki il bundan öncə qoyulub:
"Evi özləri tikib, amma yarımçıq idi, tam hazır deyildi. Təmirə başlayacaydı ki, bu hadisə oldu. Evi tikmək üçün kredit götürmüşdü. Kreditin də çox hissəsi ödənilmişdi, cüzi hissəsi qalmışdı. Evin isə bünövrəsi iki il əvvəl qoyulmuşdu. Yavaş-yavaş tikirdi. Bu il də hazır edib köçmək istəyirdi, o da qismət olmadı”.
Qeyd edək ki, sosial şəbəkədə Qazax rayon İcra Hakimiyyəti Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün yeni ev tikdirməsi ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli
Şərhlər