Foto 20:33 28.10.2019

Şəhriyarın kitabı Asan Xidmətdə təqdim olundu (FOTOLAR)

Oktyabrın 26-da İmişli Regional Asan Xidmət Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə şair Şəhriyar Del Geraninin son nəşr edilmiş "Gecəniz şeirə..." adlı şeirlər kitabının təqdimat və imza günü keçirilib.

Kulis.az-ın xəbərinə görə, kitab "Ziyalı Gənclər" maarifçi klubu tərəfindən alınaraq tədbir iştirakçılarına paylanıb. Tədbirdə rayon ziyalıları və oxucular iştirak etmişdir.

Qeyd edək ki, bu Asan Xidmət Mərkəzində keçirilən ilk belə tədbirdir. Kitabın təqdimatının digər Asan Xidmət Mərkəzlərində keçirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, "Gecəniz şeirə...” kitabı Dövlət Tərcümə Mərkəzinin "Gənc yazarlara dəstək” layihəsi çərçivəısindı nəşr edilib. Kitabda şairin 33 yeni şeir toplanıb.