Dünyanın cazibədar modellərindən biri olan Keyt Apton yeni fotosessiya etdirib. Anspress-in məlumatına görə, aktrisalıq da edən Apton məşhur geyim markası "Express" üçün kamera qarşısına keçib. Çəkilişlər Floridada baş tutub.
Bədən formasına görə, seçilən 22 yaşlı gənc aktrisa və model bir müddət əvvəl onlayn jurnal olan "The Edit" üçün də kamera qarşısına keçmişdi. Jurnalın həmin sayında Keyt özünün sosial şəbəkələr haqqında fikrilərini bildirmişdi.
"Məncə, sosial şəbəkələr müəyyən vaxt keçəndən sonra tamamilə mənasız bir şeyə çevrilir. Mən tvitter hesabımı açanda bu, mənə çox maraqlı gəlirdi. Pərəstişkarlarımla ünsiyyətdə olurdum. Amma sonra bütün bunlar mənim üçün marağını itirdi. Sonra bunların hamısı müqavilələrin, marketinqin bir hissəsinə çevrildi", - deyə gənc məşhur jurnala müsahibəsində bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər