Ölkə 15.01.2022

Selçuk Bayraktardan Azərbaycanda keçiriləcək “Texnofest” festivalı ilə əlaqədar paylaşım (FOTO)

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Texnofest” festivalı 26-29 may tarixlərində keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində festivalla bağlı paylaşım edib.

"Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival - Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - o, çağırış edib.

Qeyd edilib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir.
 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?