Azərbaycan Dillər Universitetində (ADU) baş vermiş qalmaqallarla bağlı araşdırmalarımızı davam etdiririk.
İkinci yazımızda bəzi detallara diqqət çəkmək və xatırlatmalar etmək yerinə düşər. Öncə Əfqan Abdullayevin rektor vəzifəsini icra etdiyi dövrdən başlayaq. 30.05.2017-ci il tarixində Newscenter.az saytında dərc edilmiş "ADU-da vəzifələr hərraca çıxarılıb?” adlı məqalədə Əfqan Abdullayevin məkirli siyasəti haqda detallı məlumatlar əksini tapıb. Qısa bir hissəsini təqdim edirik: "Sabiq rektorun millət vəkili seçilməsindən dərhal sonra universitetdən uzaqlaşdırılan Əfqan Abdullayev Təhsil Nazirliyində olan əlaqələrindən istifadə edərək məharətli plan hazırladı. Plana əsasən əvvəl Fransanıda təhsil almış Vazeh Əsgərovu nazirliyin gözündən salmağa və onun yerinə mərhum Dünyamin Yunusovun təyin olunmasına müvəffəq oldu. Bu dəfə D.Yunusovu nazirlikdə nüfuzdan salaraq özünün universitetə qayıtmasını reallaşdırdı Ə.Abdullayevin bu müəssisəyə hansı məqsədlə qayıtması artıq heç kimdə şübhə doğurmur. (O özünün 120 000 manatlıq və hazırki həyat yoldaşının 170 000 manatlıq son marka avtomobillərini məhz burada qazandığı pullara əldə edib). Necə deyərlər "qorğaya öyrəşən cərəzsiz qalmaz”. Bu səbəbdən o, universitetə gələn kimi 5 dekanı bir gündə işdən azad edərək yeni təyinatlar həyata keçirdi”.
Keçək 5 dekana... ADU əməkdaşlarından əldə etdiyimiz məlumata görə, Əfqan Abullayev vəzifəsindən azad etmək istədiyi dekanlardan onları işdən "öz xahişi ilə” çıxarmaq üçün hətta pul da tələb edirmiş. Ki, sizi qovmuram, fəaliyyətinizi araşdırmıram, bu qədər verəcəksiniz, sizi öz xahişinizlə vəzifənizdən azad edəcəyəm... Bu məsələnin bir tərəfi. Digər tərəfi isə yeni dekanların təyinatı ilə bağlıdır. Yəni prorektorun qılıncının araxası da kəsirmiş, qabağı da... Yeni təyinat alan dekanlardan biri də məhz özünü mətbuatda haqq-ədalət carçısı kimi təqdim edən Vüsalə Ağabəyli olub. Araşdırmalarımız zamanı məlum olub ki, onun dekan seçkiləri zamanı elmi adı olmayıb və kafedralarda müzakirəsi aparılmayıb - yəni saxta yollarla "seçilib”. Fəaliyyəti dövründə onlarla qanunsuz işlər çevirən bu xanım dekan da bir müddət əvvəl vəzifəsindən azad olunur. Özü də cənab Əfqan Abdullayevin təqdimatı ilə. Pərvin Mürsəlovanın yazısında qeyd etdiyi maraqlı məqamlar bu zənzirvari birliyin görünən tərəfinə işarədir. Pərvin Mürsəlova yazısında qeyd edir: "Əfqan müəllim, aydındır ki, müəyyən təzyiqlər altında bu rəyi yazmalı olmusunuz”. Bu fikir də elə Əfqan Abdullayevin taktiki gedişinin əyani təcəssümüdür. Ki, təqdimatınızı yazmışam, amma istəməyərəkdən. "Facebook”da Pərvin Mürsəlovanın paylaşımlarına nəzər yetirdik. Lamiyə Hüseyn ləqəbli bir xanım yazıb ki, əslində Əfqan müəllim sözünü yaxşı deyib, nə şiş yanıb, nə də ki, kabab. Bu "haqq-ədalət” carçılarının – Pərvin Mürsəlova və Vüsalə Ağabəylinin prorektor Əfqan Abdullayevin yetirmələri olması təsadüfdürmü? Təsadüf deyil, ona görə təsadüf deyil ki, Əfqan Abdullayev yetirmələrini inandırıb. İnandırıb ki, 2 aya rektoru yola salırlar və təkrar onlar universitetdə meydan sulayacaq. Ha-ha-ha... zavallılar da inanıb... Əslində bu söhbət prorektorun rektorluq dövründə ətrafına toplayıb çirkin əməllərlə məşğul olduğu bir qrup şəxs arasında da danışılır. Hətta əldə etdiyimiz digər məlumata görə, universitetin bir qrup əməkdaşının bu cür dezinformasiya yaymaları ilə bağlı məsələ Elmi Şurada da müzakirə olunub. Bəs, prorektorun bu məsələlərdə "susqunluğu” necə? Bu da təsadüfdür?
Susqunluq demişkən, ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev "Bakı-Xəbər”ə bildirib ki, universitetdə yaranmış qalmaqalla bağlı şərh vermək istəmir: "Mən bu barədə heç bir fikir bildirmək istəmirəm. Qalmaqallara mən münasibət bildirməli deyiləm. O ki, qaldı tədrisin keyfiyyətinin aşağı olması ilə bağlı iddialara, bu haqda da bir söz demək fikrində deyiləm. Sizi universitetə dəvət edirəm, buyurun gəlin, görün burada necə dərs keçilir”.
Burada bir neçə maraqlı məqam yer alır. Prorektor bildirir ki, qalmaqallara o münasibət bildirməli deyil. Əslində qalmaqalların əsas hissəsi tədris problemlərindəndir. Universitetin keçmiş əməkdaşları iddia edir ki, ADU-da tədris düzgün qurulmayıb və dərslərin keyfiyyəti çox aşağıdır. Yeni rektorun təyinatının 2 il müddətinin tamam olmadığını nəzərə alaraq, bu problemlərin də biləvasitə tədris işləri üzrə prorektor Əfqan Abdullayevə bağlı olduğunu aydın şəkildə görmək olar. Tədrisdən biləvasitə cavabdeh olan şəxs tədrisin keyfiyyətinin aşağı olması ilə bağlı iddialara nə üçün heç bir söz demək fikrində deyil? Bu, bir-başa ADU-dakı tədris bölməsinin boşluğunun bariz nümunəsi deyilmi? Hörmətli prorektorun intriqalar yaratmaqdan başı ayılsa, arada tədrisin keyfiyyəti ilə də məşğul olar... Daha bir maraqlı faktla qarşılaşdıq. Sən demə ADU-nun tədris işləri üzrə prorektoru olan Əfqan Abdullayev bu vəzifədə də qanunsuz otururmuş. Yəni, prorektorluq müddəti 2017-ci ildən başa çatıb... Bəs niyə hələ də bu vəzifədədir?
Prorektorun "Bakı-Xəbər”ə açıqlamasından sonra keçmiş dekan Vüsalə Ağabəylinin və yoldaşlarının sosial şəbəkədəki maraqlı və traqikomik yazıları diqqətimizi çəkdi. Onlar universitetdə ingilis dilli mütəxəssislərin diqqətdən kənar qaldıqlarını iddia edirdilər. Halbuki əvvəllər də olduğu kimi bir neçə gün öncə də universitetdə ingilis dili mütəxəssisləri ilə çox maraqlı seminar təşkil olunubmuş. Bu məsələni də həmin xanımların paylaşımlarından gördük. Bir şeyi də deməyi unutmayım. Analizlərimizi və araşdırmalarımızın əsas hissəsini də məhz Vüsalə, Pərvin və Lamiyə xanımların maraqlı dialoqları, açıqlamaları əsasında aparırıq. Yəni, bu aydın olan həqiqətlər də sizin dediklərinizdən məlum olur. Deyim biləsiniz ki, bu məsələlər bizim öz icadımız deyil, sizin dedikləriniz və hələki demədiklərinizdəndir...
Maraqlısı ondadır ki, keçmiş dekanın kiçik yazılarına belə prorektorun qoxusu çöküb. Ha-ha-ha... Təsadüfdürmü, yoxsa zərurət? Nə yalan deyək, artıq bilirik. Bu münasibətdən də başqa bir vaxt yazarıq...
Ardı var...
ƏVVƏLKİ YAZI:
Aydın
Qaynarinfo.Az
Şərhlər