Xəbər lenti

Video 14:27 07.09.2018

"Səni deyirlər"i başıaçıq oynayaraq aksiyanı başladan iranlı qız həbs olundu (FOTO/VİDEO)

Son günlər Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" mahnısını ilk dəfə başıaçıq oynayaraq paylaşan Zəhra adlı qız saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Təbrizdəki mənbə məlumat verib. Ona hansı cəza verilməsi ilə bağlı hələlik məlumat yoxdur.
 
Məlumat üçün bildirək ki, aksiya onun rəqsindən sonra başlamışdı.

Qeyd edək ki, sosial şəbəkələrdə  #senideyirler həştəqi ilə artıq yüzlərlə video paylaşılıb. İnsanlar adıkeçən mahnıya rəqs edərək həmrəyliyini bildirir və videolarını paylaşırlar. Mövzu artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.

Sevindirici haldır ki, Azərbaycan Respublikasından da bu aksiyaya qoşulanların sayı durmadan artır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->