Xəbər lenti

Şenol Günəşdən məğlubiyyət şərhi
İdman 22:59 16.06.2021

Şenol Günəşdən məğlubiyyət şərhi

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin ikinci oyununda Uelsə məğlubiyyətdən danışıb. 

Qaynarinfo xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Adaptasiya problemi yaşadıq. Sonradan özümüzə gəldik. Rəqib sürpriz qol vurdu. Müdafiənin arxasına atılan gözlənilməz ötürmədən qol buraxdıq. İlk yarıda yaxşı deyildik, amma ikinci hissədə daha yaxşı oynadıq. Çalışdıq ki, qol vuraq, hücumlar etməyə başladıq. Amma rəqib ikinci qolu vurdu. Bununla da şanslarımız çox azaldı. Bu gün biz də 2:0 və ya 1:0 qazana bilərdik. Lakin rəqib çox intizamlı oynadı”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->