Ölkə 19:27 04.08.2021

Sentyabrda məktəblər açılacaq?

Təhsil naziri Emin Əmrullayev sentyabrda orta məktəblərin açılıb-açılmayacağı ilə bağlı suala cavab verib.

Qaynarinfo xəbər verir ki, nazir bununla bağlı danışmağın hələ tez olduğunu bildirib:

"Bu gün bununla əlaqədar danışmaq tezdir. Gördüyünüz kimi, pandemiya ilə bağlı rəqəmlər artır. Bu barədə yaxın günlərdə çalışacağıq, məlumat verək”.