Separatçıların yeni “müdafiə naziri” kimdir? (DOSYE)

Separatçıların yeni “müdafiə naziri” kimdir? (DOSYE)

İşğal altında olan Qarabağdakı separatçı rejimin "müdafiə naziri” Cəlal Harutyunyan Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ağır yaralanıb. Separatçı rejimin başçısı Arayik Harutyunyan Cəlal Harutyunyanın yerinə Mikael Arzumanyanı təyin edib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən məlumat verir ki, daha əvvəl separatçı rejimin "müdafiə naziri”nin müavini olan Mikael Arzumanyan 4 ay əvvəl – bu ilin iyun ayında tutduğu vəzifədən azad olunub.

General-mayor rütbəsi daşıyan Mikayıl Arzumanyanın yüksəlişi Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra baş verib. 2018-ci ilin avqust ayında separatçı rejimin "müdafiə nazirliyində” baş qərargah rəisi, 2019-cu ilin iyul ayında isə  "müdafiə naziri”nin müavini təyin olunub. Lakin, separatçı rejimin yeni başçısı Arayik Harutyunyan 4 ay əvvəl Mikayıl Arzumanyanı vəzifədən azad edib.

Cəmi 4 ay əvvəl müavinlikdən azad olunan şəxsin bu dəfə "nazir” təyin olunması seperatçıların hərbi sahədə kadr çatışmazlığını göstərir.
Məlumat üçün qeyd edək ki, Mikayıl Arzumanyan 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabğada azərbaycanlılara qarşı vəhşiliklər törədib.  1999-cu ildə  İrəvan Dövlət Universitetini bitirib. 2004-2006-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR