Xəbər lenti

Foto 12:30 23.12.2018

Serbiyada hökumət əleyhinə 40 minlik nümayiş (FOTOLAR)

Serbiyanın paytaxtı Belqradda 40 min nəfərin iştirakı ilə nümayiş təşkil olunub.

Qaynarinfo xəbər verir ki, aksiyalar prezident Aleksandar Vuçiç hökuməti əleyhinədir. Prezident ötən həftə qalmaqallı fikirləri ilə yadda qalmışdı:

"Əgər küçələrə 5 milyon insan da çıxsa, seçki sahəsində islahatlar və media azadlığının artırılması barədə tələblər yerinə yetirilməyəcək. İnsanlar tələblərinə sadəcə seçkidə istifadə etdikləri səslərlə nail ola bilərlər".

Nümayişdə bir çox siyasətçilər, həmçinin sabiq prezident Boris Tadiç də iştirak edib. 

Serbiya hökuməti sağ radikal cinahı təmsil edir. 2017-ci ildə hakimiyyətə gələn Aleksandar Vuçiç məhkəmə, media və təhlükəsizlik qüvvələri üzərində nəzarətə sahibdir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->