Video 10:58 03.12.2021

Sərdar Cəlaloğlu ilə Dadaş Dadaşlinski arasında mübahisə düşdü (VİDEO)

İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinski ilə ADP sədri Sərdar Cəlaloğlu arasında mübahisə düşüb.

Tərəflərin mübahisə obyekti Azərbaycanda rus dilində təhsil alan şəxslər olub.

ADP sədri iddia edib ki, Azərbaycanda övladlarına rus dili təhsili verənlər ölkə suverenliyi üçün real təhlükə yaradıblar. Dadaş Dadaşlinski isə Sərdar Cəlaloğluna deyib ki, məlumatları təhrif olunmuş formada təqdim edir.